Cəlil Məmmədquluzadə nəsri sosial mühit və zaman kontekstində
Məqalədə “bədii mətn həqiqətlərindən çıxış” kimi müəyyənləşən konsepsiya əsasında C.Məmmədquluzadənin nəsri “Danabaş kəndinin əhvalatları” və “Poçt qutusu” əsərlərinin nümunəsində yeni istiqamətdə dəyərləndirilir. Mirzə Cəlil qəhrəmanlarına sovet metodologiyasından irəli gələn sinfi yanaşmadan imtin...
Saved in:
Published in: | Azərbaycan Dili və Ədəbiyyat Tədrisi Vol. 2022; no. 274; pp. 93 - 108 |
---|---|
Main Author: | |
Format: | Journal Article |
Language: | Azerbaijani |
Published: |
Azərbaycan Respublikası Təhsil Nazirliyi
01-04-2022
|
Subjects: | |
Online Access: | Get full text |
Tags: |
Add Tag
No Tags, Be the first to tag this record!
|
Summary: | Məqalədə “bədii mətn həqiqətlərindən çıxış” kimi müəyyənləşən konsepsiya əsasında C.Məmmədquluzadənin nəsri “Danabaş kəndinin əhvalatları” və “Poçt qutusu” əsərlərinin nümunəsində yeni istiqamətdə dəyərləndirilir. Mirzə Cəlil qəhrəmanlarına sovet metodologiyasından irəli gələn sinfi yanaşmadan imtina edilir. Yazıçının ideya mövqeyi Azərbaycan kəndlisinin avamlığını, cəhalətini təsvir predmetinə çevirməsində yox, müstəmləkə rejiminin Azərbaycan kəndindəki idarəetmə sisteminin mahiyyətinə tənqidi münasibətində axtarılır. “Danabaş kəndinin əhvalatları”ndakı Məhəmmədhəsən əmi və Zeynəb obrazları məntiqi şəkildə düşünə bilən, ictimai vəziyyəti qiymətləndirməyi bacaran, lakin rejimin zorakılıq siyasəti qarşısında geri çəkilməyə məcbur olan, çarəsiz vəziyyətə düşən XIX əsr Azərbaycan vətəndaşlarının obrazları kimi səciyyələndirilir. “Poçt qutusu” hekayəsindəki Novruzəli obrazı “qul psixologiyası”nın daşıyıcısı yox, sosial ədalətsizliyi dərk edərək, ona qarşı etiraz edən qəhrəman kimi dəyərləndirilir. |
---|---|
ISSN: | 2790-0738 |