İcmal mövzuların öyrənilməsinə yeni yanaşma

Məktəb ədəbiyyat kursunun əhatə etdiyi məsələlər çox olmaqla yanaşı, məzmunca da mürəkkəbdir. Bu, həmin kursla bağlı ardıcıl araşdırmaların aparılmasını zəruri edən mühüm cəhətlərdəndir. Məsələnin başqa tərəfi də var: yeni təlimi yanaşmaların, texnologiyaların bir-birinin ardınca meydana çıxması təd...

Full description

Saved in:
Bibliographic Details
Published in:Azərbaycan Dili və Ədəbiyyat Tədrisi Vol. 2023; no. 278; pp. 141 - 155
Main Author: Hüseynoğlu,Soltan
Format: Journal Article
Language:Azerbaijani
Published: Azərbaycan Respublikası Təhsil Nazirliyi 01-04-2023
Subjects:
Online Access:Get full text
Tags: Add Tag
No Tags, Be the first to tag this record!
Description
Summary:Məktəb ədəbiyyat kursunun əhatə etdiyi məsələlər çox olmaqla yanaşı, məzmunca da mürəkkəbdir. Bu, həmin kursla bağlı ardıcıl araşdırmaların aparılmasını zəruri edən mühüm cəhətlərdəndir. Məsələnin başqa tərəfi də var: yeni təlimi yanaşmaların, texnologiyaların bir-birinin ardınca meydana çıxması tədqiqatların səngimədən aparılmasını tələb edir. Deyilənlərdən bu da aydın olur ki, metodikanın bir sıra problemlərinin üzərinə yenidən qayıtmaq, çağdaş elmi fikirlərin işığında onlara fərqli nəzərlə baxmaq faydalıdır. Belə mühüm sahələrdən biri tarixi-ədəbi materiallar – icmal mövzularıdır. Ədəbiyyat tarixinin keçdiyi uzun inkişaf yolunu əhatə edən icmal materialları fakt bolluğu, məzmun zənginliyi ilə seçilir. Müəyyən tarixi dönəmin sosial-siyasi vəziyyətini, ədəbi-mədəni mənzərəsini əks etdirən icmal mövzuların tədrisi də, mənimsənilməsi də asan deyildir. Bu mövzuların tədrisi ilə bağlı ciddi hazırlıq işlərinin aparılması, şagirdlərin müstəqilliyinin diqqət mərkəzində saxlanılması vacibdir. Məqalədə icmal mövzuların tip və variantları üzərində daha çox dayanılmış, öyrədilməsi ilə bağlı fərqli yolların şərhinə geniş yer verilmişdir.
ISSN:2790-0738
DOI:10.48445/t4744-8325-4140-d