MƏMMƏDAĞA ŞİRƏLİYEVİN “AZƏRBAYCAN DİALEKTOLOGİYASININ ƏSASLARI” DƏRSLİYİNDƏ TÜRKMƏN DİALEKTİNİN ÖZÜNƏMƏXSUS XÜSUSİYYƏTLƏRİNİN ƏKSİ

Tədqiqatda Məmmədağa Şirəliyevin “Azərbaycan dialektologiyasının əsasları” dərsliyi haqqında məlumat verilmişdir. “Fonetika”, “Morfologiya”, “Sintaksis”, “Leksika” bölmələri üzrə türkmən dilinin dialekti və şivələri incələnmişdir. İlk dəfə bu dərslikdə təsviri, müqayisəli və tarixi-müqayisəli üsulla...

Full description

Saved in:
Bibliographic Details
Published in:Uluslararası türk lehçe araştırmaları dergisi : Online Vol. 2; no. 2; pp. 136 - 143
Main Author: SEFERLİ, Aynur
Format: Journal Article
Language:English
Published: 20-12-2018
Online Access:Get full text
Tags: Add Tag
No Tags, Be the first to tag this record!
Description
Summary:Tədqiqatda Məmmədağa Şirəliyevin “Azərbaycan dialektologiyasının əsasları” dərsliyi haqqında məlumat verilmişdir. “Fonetika”, “Morfologiya”, “Sintaksis”, “Leksika” bölmələri üzrə türkmən dilinin dialekti və şivələri incələnmişdir. İlk dəfə bu dərslikdə təsviri, müqayisəli və tarixi-müqayisəli üsullardan geniş istifadə olunmuşdur. Azərbaycan dili şivələrinin materialları qədim türk abidələri, müasir türk dilləri və onların dialektlərilə əlaqəli şəkildə şərh edilmişdir. Əsərdəki dialektoloji materiallar üç mənbədən alınmışdır: 1) Müəllifin şəxsən topladığı materiallar Şuşa və onun kəndləri (1938), Bakı və Bakı ətrafı kəndlər (1939-1940), Naxçıvan şəhəri və Babək rayonunun Nehrəm kəndi (1941), Qazax (1942), Gəncə (1943), Ağdam rayonlarından topladığı geniş materiallardan ibarətdir. 2) Ayrı-ayrı müəlliflərin əsərləridir ki, bu əsərlərin bir qismi çapdan çıxmış, bir qismi namizədlik dissertasiyası kimi müdafiə edilmiş və əlyazma şəklində Azərbaycan Dövlət Universitetinin kitabxanasında saxlanılmış materiallardır. Buna N.İ.Aşmarin, M.İslamov, R.Rüstəmov, İ.Hacıyev, B.İbrahimov, K.Ramazanov, T.Həmzəyevin elmi araşdırmaları cəlb edilmişdir. 3) Üçüncü mənbə 1945-58-ci illər arasında ASSRA-nın Nizami adına ədəbiyyat və dil institutunun ekspediyasının Zaqatala, Qax, Sabirabad, Əlibayramlı, Naxçıvan, Ordubad, Əlibayramlı, Ağstafa, Tovuz, Qazax, Borçalı rayonlarından, S.M.Kirov adına Azərbaycan dövlət Universitetinin dialektoloji ekspediyasının Şamaxı, Mərəzə, İsmayıllı rayonlarından topladığı materiallar təşkil edir. Ara-sıra digər türk dillərinə -çuvaş, başqırd, qazax, qırğız, oyrot dillərinə də müqayisə üçün müraciət olunmuşdur.
ISSN:2587-1293
2587-1293
DOI:10.30563/turklad.491227