GÜNEY AZƏRBAYCAN FOLKLORUNDA SAYAÇI SÖZLƏRİ

Sayaçı sözlər Azərbaycan folklorunun önəmli mətnlərindəndir. İstər Azərbaycanda, istərsə də İranda yaşayan Azərbaycan türklərində geniş yayılan sayaçı sözləri digər folklor nümunələri ilə müqayisədə az toplanılmış, eləcə də az tədqiq olunmuşdur. XX əsrin əvvəllərində bu folklor mətnləri ilə, xüsusil...

Full description

Saved in:
Bibliographic Details
Published in:Uluslararası türk lehçe araştırmaları dergisi : Online Vol. 8; no. 1; pp. 35 - 45
Main Author: Süleymanova, Leman
Format: Journal Article
Language:English
Published: 20-06-2024
Online Access:Get full text
Tags: Add Tag
No Tags, Be the first to tag this record!
Description
Summary:Sayaçı sözlər Azərbaycan folklorunun önəmli mətnlərindəndir. İstər Azərbaycanda, istərsə də İranda yaşayan Azərbaycan türklərində geniş yayılan sayaçı sözləri digər folklor nümunələri ilə müqayisədə az toplanılmış, eləcə də az tədqiq olunmuşdur. XX əsrin əvvəllərində bu folklor mətnləri ilə, xüsusilə də saya sözünün anlamı ilə bağlı müəyyən qədər araşdırmalar aparılsa da, sonrakı dövrlərdə bu örnəklər diqqətdən kənarda qalmışdır. Hər hansı folklor janrının ətraflı şəkildə tədqiqi üçün ilk növbədə folklor mətnlərini toplamaq lazımdır ki, təhlil etməyə material olsun. Onu qeyd edək ki, sayaçı sözləri tərəkəmə həyatı ilə bağlı yaranmış folklor mətnləridir. Tərəkəmə həyatının zamanla sıradan çıxması bu mətnlərin də dövriyyədən çıxmasına səbəb olmuşdur. Bu mətnlər öncə tərəkəmə həyatı ilə bağlı yaransa da, sonradan oturaq həyata da nüfuz etmişdir. Təəssüf ki, zamanında yaxşı qeydə alınmadığı üçün indi əlimizdə kifayət qədər materialımız yoxdur. Sevindirici haldır ki, son dövrlərdə Güney Azərbaycandan toplanıb nəşr olunmuş folklor kitablarında sayalarla bağlı örnəklərə də rast gəlirik. Güney Azərbaycanda tərəkəmə həyatı hələ tam sıradan çıxmadığı üçün sayaçı sözləri də unudulmamışdır. Sayalarla bağlı Azərbaycan folkloruna yeni nümunələrin daxil olması olduqca təqdirəlayiq haldır və bu həmin mətnlərin tədqiq olunması zərurətini yaradır. Düşünürük ki, bu yazı sayalarla bağlı yaranmış boşluğu az da olsa, doldurmağa kömək edəcəkdir. Sayaçı mərasimləri digər mərasimlərimiz kimi bayatı poetik qəlibinin aktivləşdiyi mərasimlərdən biridir. Ona görə də sayaçı sözlərinin formasına baxdığımızda onların da bir qisminin bayatı formasında olduğunu görürük. Bayatının kontekst və funksiyasının araşdırılmasında bu mərasimin də dərindən öyrənilməsinə ehtiyac vardır. Saya mərasiminin və sayaçı sözlərinin öyrənilməsi bu mərasimdə oxunan nəğmələrin formasını da aydınlaşdırmaq zərurətini yaradır.
ISSN:2587-1293
2587-1293
DOI:10.30563/turklad.1480976