TÜRK XALQLARININ TƏSƏVVÜRLƏRİNDƏ ÜLKƏR ULDUZU

Türk xalqlarının təsəvvüründə səma cisimləri haqqındakı örnəklər arasında da Ülkər ulduzu, onun etiologiyası ilə bağlı nümunələr özünəməxsus yer tutur. Müxtəlif nəzəri mənbələrdə və şifahi örnəklərdə çox parlayan Ülkər ulduzu bir çox hallarda ulduzlar topası, Türkiyə folklorşünaslığında “ulduz kümes...

Full description

Saved in:
Bibliographic Details
Published in:Uluslararası türk lehçe araştırmaları dergisi : Online Vol. 8; no. 1; pp. 85 - 94
Main Author: Emirli, Elnare
Format: Journal Article
Language:English
Published: 20-06-2024
Online Access:Get full text
Tags: Add Tag
No Tags, Be the first to tag this record!
Description
Summary:Türk xalqlarının təsəvvüründə səma cisimləri haqqındakı örnəklər arasında da Ülkər ulduzu, onun etiologiyası ilə bağlı nümunələr özünəməxsus yer tutur. Müxtəlif nəzəri mənbələrdə və şifahi örnəklərdə çox parlayan Ülkər ulduzu bir çox hallarda ulduzlar topası, Türkiyə folklorşünaslığında “ulduz kümesi” kimi tanıdılır. Bu örnəkləri araşdırarkən ilk növbədə Ülkər ulduzunun adlandırılması məsələsinə toxunmağı lazım bilirik. Bir çox tədqiqat əsərlərində və lüğətlərdə bu ada müəyyən izahlar verilmişdir. Ülkər ulduzu bəzi şifahi örnəklərdə elə bizim ifadə etdiyimiz kimi, Ülkər adlandırılır. Müxtəlif Türk xalqlarının folklorunda Ülkər fərqli adlarla ifadə olunur. XI-XIV əsrlər Türkmən alimlərinin əsərlərində tez-tez ulduz topası Pleyada (Ülkər) haqqında danışılır. Salar Babanın əsərində o, Sureya, Qazi Bürhanəddinin əsərində Pərvin adlandırılır. Türk xalqları arasında geniş yayılmış şifahi örnəklərə görə, qədim zamanlarda Ülkər havanı idarə edən ruh imiş. Ülkər nə vaxt görünməyə başlasa, öldürücü soyuqlar və fırtınalar başlayar. Örnəklərdə əksər hallarda ulduzun maddi olaraq yaranışından söz açılır. Digər bir örnəkdə Ülkər adının yaranışından bəhs olunaraq, müəyyən hərəkətlə əlaqələndirilir. Bu mövzulu örnəklərin süjetlərində “göyə çıxma” motivi əsas yer tutur. Ülkərin digər bir canlı tərəfindən göyə aparılması faktına da Türk xalqlarının təsəvvürlərində rast gəlinir. Bütün bunlardan belə nəticə çıxarmaq olar ki, Türk xalqlarının dünyagörüşündə indiki vəziyyəti soyuq hava ilə əlaqələndirilən Ülkər ulduzu örnəklərdə yür üzündə yaşayan hər hansı canlıdır. Həmin canlı müəyən səbəblərdən göy üzünə qalxır, Ülkər ulduzuna çevrilir.
ISSN:2587-1293
2587-1293
DOI:10.30563/turklad.1482183