SÜRƏYYA AĞAOĞLUNUN “BİR ÖMÜR BELƏ KEÇDİ: SƏSSİZ GƏMİNİ GÖZLƏRKƏN” ƏSƏRİNDƏ FAKT VƏ SƏNƏDİN İKİ MÜSTƏQİL HADİSƏ KİMİ TƏZAHÜRÜ
“Bir ömür belə keçdi: səssiz gəmini gözlərkən” adlı əsər Sürəyya Ağaoğlunun ikinci memuar əsəridir. İlk qadın hüquq müdafiəçisi Sürəyya Ağaoğlunun həyatına aid faktlar əsasında yaradıcı surətdə qələmə almış olduğu “Bir ömür belə keçdi: səssiz gəmini gözlərkən” adlı əsərində fakt və sənədin iki müstə...
Saved in:
Published in: | Uluslararası türk lehçe araştırmaları dergisi : Online Vol. 8; no. 1; pp. 21 - 34 |
---|---|
Main Author: | |
Format: | Journal Article |
Language: | English |
Published: |
20-06-2024
|
Online Access: | Get full text |
Tags: |
Add Tag
No Tags, Be the first to tag this record!
|
Summary: | “Bir ömür belə keçdi: səssiz gəmini gözlərkən” adlı əsər Sürəyya Ağaoğlunun ikinci memuar əsəridir. İlk qadın hüquq müdafiəçisi Sürəyya Ağaoğlunun həyatına aid faktlar əsasında yaradıcı surətdə qələmə almış olduğu “Bir ömür belə keçdi: səssiz gəmini gözlərkən” adlı əsərində fakt və sənədin iki müstəqil hadisə kimi təzahür etməsi maraq kəsb edir. Yazıçının yalnız öz həyatının müəyyən qismini deyil, həm də digər tarixi şəxslərin həyatlarını işıqlandırmağa nail olmuşdur. Tarixi şəxsiyyətlər içərisində diqqəti cəlb edən şəxslərdən biri məhz müəllifin atası - Əhməd bəy Ağaoğlu haqqında olan hadisələrin real faktlar əsasında nəql edilməsidir. Sürəyya Ağaoğlunun əsərində reallıqdan gələn fakt ədəbi yaradıcılıq üçün katalizator qismində çıxış edir. Yazıçı avtorefleksiyası əsərin janrının konkretləşməsinə təkan verir. Çünki subyektin, yəni yazıçının reallıqlar haqqındakı şəxsi düşüncələrinin, fəaliyyətinin dərkini ricətli nəsr qəlibinə sala bilməsi əsərin janrına diqqəti yönəldir. Sürəyya Ağaoğlunun “Bir ömür belə keçdi: səssiz gəmini gözlərkən” əsəri memuar janrında qələmə alınmış əsər kimi dəyərlidir. Sürəyya Ağaoğlu həyat tarixçəsi əsasında qurulan süjet xəttindən əlavə, uşaqlıq və gənclik dövrlərindən götürülmüş hadisələri əlavə etmişdir. Müəllifin kamil obrazı ilə yanaşı, xalqın qan yaddaşında əvəzsiz xidmətləri olmuş tarixi şəxsiyyətlərin (Atatürk, Əhməd bəy Ağaoğlu, Səməd Ağaoğlu və s.) obrazları maraq əhatəsindədir. Müəllif əsərdə Türk dünyasının qan yaddaşında həm bədii fəhm sahibi olan siyasi xadim ola bilməsini, həm də xalqının ən çətin məqamlarında qadınların, uşaqların hamisi olan bir vəkil olmasını təsdiq edir. Müəllif qələmə aldığı əsərdə müəllif “Mən”in itirilməməsinə nail olmuş, yaddaqalan obrazını yarada bilmişdir. |
---|---|
ISSN: | 2587-1293 2587-1293 |
DOI: | 10.30563/turklad.1474321 |