DİLÇİLİKDƏ BİLİNQVİZM VƏ İNTERFERENSİYA HADİSƏSİ

Dil yalnız insanların mövcud olduğu mühitdə fəaliyyət göstərir və onların bütün ehtiyaclarını ödəməyə imkan verir. Ona görə də cəmiyyətlə onu yaşadan dil arasında mühüm və sıx əlaqə mövcuddur. İnsanların həyatını dilsiz təsəvvür etmək mümkün deyil. Dil cəmiyyətin sosial funksiyası və onun əsas sütun...

Full description

Saved in:
Bibliographic Details
Published in:Uluslararası türk lehçe araştırmaları dergisi : Online Vol. 8; no. 1; pp. 109 - 117
Main Author: Bayramova, Pervin
Format: Journal Article
Language:English
Published: 20-06-2024
Online Access:Get full text
Tags: Add Tag
No Tags, Be the first to tag this record!
Description
Summary:Dil yalnız insanların mövcud olduğu mühitdə fəaliyyət göstərir və onların bütün ehtiyaclarını ödəməyə imkan verir. Ona görə də cəmiyyətlə onu yaşadan dil arasında mühüm və sıx əlaqə mövcuddur. İnsanların həyatını dilsiz təsəvvür etmək mümkün deyil. Dil cəmiyyətin sosial funksiyası və onun əsas sütunlarından biri hesab olunur. Dilin inkişafı öz-özlüyündə çox mürəkkəb proses kimi qiymətləndirilir. Bu baxımdan dillər arasında mövcud əlaqələr dilin inkişafı prosesində böyük önəm daşıyır. Dillərarası əlaqələr sadə şəkildə bir dilin digər dilə müəyyən formada təsiri kimi başa düşülür, ancaq bu təsir mürəkkəb prosesdir. Dillərin bir-birinə təsiri dilin bütün səviyyələrində müşahidə olunur. Bu zaman dillərdən biri deyil, əlaqədə olan dillərin hamısı bir-birinə təsir göstərir və nəticədə, interferensiya hadisəsi baş verir. İnterferensiya hadisəsi müasir dövrdə də yaranmaqdadır. Buna səbəb ölkələr arasında davamlı iqtisadi, siyasi və mədəni əlaqələrin sürətlə qurulması, bunun da dillərin qarşılıqlı təsirinə səbəb olmasıdır. Xalqlar arasında münasibətlərin mövcudluğunda və davamlı inkişafında, şübhəsiz ki, dillər mühüm rol oynayır. Xalqlar arasında qarşılıqlı əlaqələr olduqda insanlar öz dillərindən əlavə başqa bir dildən də sərbəst istifadə etmək niyyətində olurlar. Son illərdə iki dildə sərbəst danışa bilən insanların mövcudluğu beynəlxalq əlaqələrin daha da inkişafına səbəb olmuşdur. İkidillilik müasir cəmiyyətin ümumi probleminə çevrilib. İkidilliliyin labüd olaraq meydana çıxması yeni kəşflərə, ixtiralara və beynəlxalq əlaqələrə ehtiyacla bağlıdır. Bir sözlə, sadalanan münasibətlərdə dil mühüm vasitə rolunu oynayır. Tarixən sosial həyatda baş verən hər hansı dəyişiklik anında dildə əks olunur və dilin öz “süzgəcindən” keçərək cilalanır. Biz hər bir xalqın, millətin dilində tarixin, mədəni dəyərlərin, dolğun ifadəsini görə bilirik. Sadalanan bu amillərin hamısı dildə öz əksini tapır və onlar dillər arasında interferensiya hadisəsinin göstəricilərindən birinə çevrilir.
ISSN:2587-1293
2587-1293
DOI:10.30563/turklad.1474872